Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Adalet.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,57 ABŞ dolları və ya 0,92% artaraq 62,4 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 61,83 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Digər Xəbərlər

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır

“AzerGold” QSC və Abu Dabi Ticarət Bankının nümayəndələri arasında görüş keçirilib - FOTO

İşğaldan azad olunmuş ərazilərin bərpasına bu il 2,6 milyard manat xərclənib
