"Belə olan halda tarif məsələsi mənasızlaşır" - Nazir müavini
"Mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən aslıdır. Çoxmənzilli yaşayış binalarının sakinləri mərkəzi istilik sisteminə qoşulmaq üçün istəsələr özəl şirkət tutarlar, istəsələr "Azəristiliktəchizat"a müraciət edə bilərlər, istəsələr də mənzil mülkiyyətçisi kimi MMC yaradarlar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, belə olan halda artıq tarif məsələsi mənasızlaşır: "O mənada ki, vətəndaşların öz mülkiyyətində olan cəmiyyət hər ayın sonunda sadəcə xərcləri vətəndaşlar arasında bölüşdürə bilər. Təbii ki, sayğac quraşdırılana qədər. Bu mənada bizim bildiyimiz ənənəvi sistem dəyişmiş olur. Daha liberallıq gətirilmiş olur. Burda qiymət nə olacaq? Burda xərclərin, təchizatın seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq. Belə ki, birini bəyənməsələr digərini seçə bilərlər. Bu istiqamətdə onlara heç kim təsir edə bilməz. Bu mülkiyyətçinin öz iradəsindən aslıdır".
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

