Yeni kitab çap olunacaq
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə üzərində iş uğurla davam etdirilir. Rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan layihə çərçivəsində hazırlanan kitab çap olunması üçün artıq nəşriyyata təhvil verilib.
Çap prosesinin sentyabrın əvvəllərində yekunlaşması nəzərdə tutulur. “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı bu kitabı nəşrə hazırlayan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bu layihəni həyata keçirməkdə qarşıya qoyduğumuz əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşlərində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir:
Əsas diqqəti Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Göyçə, Dərələyəz, Ağbaba-Amasiya, İrəvan kimi Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəltmişik. Bu kitabla tanışlıq imkan verəcək ki, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaransın, həm də aşıqlar, xüsusilə də gənc aşıqlar dastanlarımızla yaxından tanış olmaq imkanı qazansınlar. Ustad aşıqların dastan repertuarına üstünlük verilib və kitaba əsasən Qərbi Azərbaycanla bağlı olan və günümüzdə də dastançılıq ənənəsinin yaşadılmasında böyük əhəmiyyət kəsb edən dastanlar daxil edilib.
Bu dastanları söyləyən, yaşadan ustad aşıqların müəyyən hissəsi dünyasını dəyişsə də, Aşıq Fətulla Göyçəli, Ələddin Göyçəli, Faxfur Ağbabalı, Oktay Hüseynov, İmran Xəlilov kimi tanınmış sənətkarlar bu gün də dastançılıq ənənəsini uğurla yaşadırlar.
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Dekabr 2025 13:29
“Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlanılıb
24 Dekabr 2025 08:03
SCIENTIFIC AND ACADEMIC COOPERATION
12 Dekabr 2025 09:00
DÜNYA İLƏ ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNİR
05 Dekabr 2025 09:00
BU YERLƏRƏ BİR DƏ GƏL
01 Dekabr 2025 10:40
Azərbaycan gəncləri üçün interaktiv idman, əyləncə və sağlam həyat platforması - GəncFit
28 Noyabr 2025 09:00
MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜNYAYA SƏS SALDI
25 Noyabr 2025 21:36
“LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi
21 Noyabr 2025 09:00


Bakı -°C

