AQİL ABBAS HİNDARXDA SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ - FOTOLAR

Ayın 18-də millət vəkili Aqil Abbas Ağcabədi rayonunun Hindarx qəsəbəsində bu il istifadəyə verilmiş orta məktəbdə seçicilərlə görüşüb. Həm seçicilərin, həm də müəllimlərin problemlərini dinləyib. Görüşdə Ağdam rayonundan gəlmiş şikayətçilər də iştirak edib.
Millət vəkili qaldırılan problemləri aidi orqanlara çatdıracağını bildirib.
Eyni zamanda sakinlər 12 nəfər şəhid ailəsinin yaşadığı və iki orta məktəbin yerləşdiyi küçənin bərbad olduğunu və asfaltlaşmasını istəyiblər.
Bundan başqa, millət vəkili ayrı-ayrı kəndlərdə – Taynaqda və Bilağanda, Ağdamın yeni salınmış Saricalı və Qasımbəyli qəsəbəsində olub və şikayəti olan şəxsləri qəbul edib.
Fərhad Əliyev
Digər Xəbərlər

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar medal təsis edildi

Müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard manatı ötüb

DYP piyadalara müraciət etdi

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Kamran Əliyev Braziliyaya getdi

Hərbi məlumat və bildirişləri artıq “mygov”dan əldə edə bilərsiniz

“Heç bir söz, geyim və fikir ayrılığı bir insanın...” – Psixoloq
