DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirdi -VİDEO

Daxili İşlər Nazirliyinin yeni "Polis cavab verir" rubrikası çərçivəsində vətəndaşların ən çox ünvanladığı suallardan biri cavablandırılıb.
DİN-dən Adalet.az-a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların "E-Polis" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməsi qaydaları barədə məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur.
Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.
Digər Xəbərlər

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar medal təsis edildi

Müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard manatı ötüb

DYP piyadalara müraciət etdi

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Kamran Əliyev Braziliyaya getdi

Hərbi məlumat və bildirişləri artıq “mygov”dan əldə edə bilərsiniz

“Heç bir söz, geyim və fikir ayrılığı bir insanın...” – Psixoloq
