Ağıllı eynəkləri qadağan edirlər
Norveç hökuməti süni intellektlə təchiz olunmuş cihazların gizlilik və məxfilik riskləri yaratması ilə bağlı qlobal narahatlıqlar fonunda bəzi ictimai yerlərdə ağıllı eynəklərin istifadəsinə müvəqqəti qadağa qoymağa hazırlaşır.
Adalet.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
Bildirilib ki, hazırlanan yeni qanun layihəsi parklar, çimərliklər, muzeylər, ticarət mərkəzləri, məktəblər, səhiyyə müəssisələri, idman zalları və kütləvi tədbirlərdə ağıllı eynəklərin istifadəsini məhdudlaşdırmağı nəzərdə tutur.
Məhdudiyyət qərarına səbəb bu eynəklərin tərkibindəki süni intellekt texnologiyası, mikrofon və kameralar vasitəsilə vətəndaşların xəbəri olmadan video və səs yazılarının aparılması riskidir. Məqsəd xüsusilə insanların sıx olduğu məkanlarda şəxsi həyatın toxunulmazlığını qorumaqdır.
Qanun layihəsində ağıllı eynəklərin fərdi (xüsusi) məkanlarda istifadəsinə icazə veriləcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Norveçin bəzi bələdiyyələri məktəblərdə “Meta” istehsalı olan ağıllı eynəklərin istifadəsinə müvəqqəti qadağa qoymuşdu.
Digər Xəbərlər
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
26 Oktyabr 2026 11:04


Bakı -°C

