Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
İsveç hökumətinin əməkdaşları həssas məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə iş kompüterlərində “ChatGPT” və “Claude” süni intellekt alətlərindən istifadəni dayandıracaqlar.
Adalet.az-ın məlumatına görə, hökumətin açıqlamasında bildirilir ki, 2026-cı ilin əvvəlində aparılan araşdırma dövlət qurumlarında süni intellekt platformalarından istifadənin bəzi hallarda problem yarada biləcəyini üzə çıxarıb.
Qərar məxfi və həssas məlumatların emalı zamanı təhlükəsizlik risklərini azaltmaq məqsədi daşıyır.
Dövlət qulluqçularının süni intellekt alətlərindən daha sərt nəzarət və müəyyən edilmiş qaydalar çərçivəsində istifadə etməsinə icazə veriləcək. Məhdudiyyətlərin bu həftədən qüvvəyə mindiyi bildirilir.
Məlumata görə, Vergi Agentliyində və Milli Qayğı Şurasında da “ChatGPT” və “Claude” istifadəsinə məhdudiyyətlər tətbiq olunub.
Digər Xəbərlər
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
27 Oktyabr 2026 16:27
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
26 Oktyabr 2026 11:04
“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin
25 Oktyabr 2026 12:55


Bakı -°C

