Süni intellekt həkimləri üstələdi
“Microsoft” şirkətinin hazırladığı süni intellekt əsaslı tibbi diaqnostika sistemi sınaqlarda həkimlərdən 2,3 dəfə daha dəqiq nəticələr göstərib. Tədqiqat real xəstələr üzərində deyil, əvvəlki tibbi hallar əsasında aparılıb.
Adalet.az xəbər verir ki, şirkətin məlumatına görə, “MAI-DxO” adlı sistemin imkanları “The New England Journal of Medicine” jurnalında dərc olunmuş 304 mürəkkəb tibbi hal üzərində yoxlanılıb.
Nəticələr göstərib ki, süni intellekt açıq mənbələrdən, o cümlədən, kitablardan və internetdən istifadə edən həkimlərlə müqayisədə təxminən 2,3 dəfə daha yüksək diaqnostik dəqiqliyə nail olub. Xarici mənbələrə müraciət etmədən diaqnoz qoyan həkimlərlə müqayisədə isə sistemin nəticələri 3,7 dəfə daha uğurlu olub.
Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib. Bununla belə, araşdırmanın simulyasiya şəraitində, əvvəlki tibbi məlumatlar əsasında aparılması nəticələrin real klinik şəraitdə eyni dərəcədə uğurlu olacağına zəmanət vermir.
Digər Xəbərlər
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
26 Oktyabr 2026 11:04
“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin
25 Oktyabr 2026 12:55
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
22 Oktyabr 2026 11:47
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
21 Oktyabr 2026 07:07
Süni intellekt indi də oğurluq etdi
20 Oktyabr 2026 11:42


Bakı -°C

