17 Iyul 2025 15:52
1139
ELM VƏ TƏHSİL

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlandı

ADA Universiteti 2025–2026-cı tədris ili üçün dövlət sifarişi əsasında ayrılan yerlərin sayını və 2024-cü ilin keçid ballarını açıqlayıb.

Adalet.az xəbər verir ki, ADA Universitetində I və II ixtisas qrupları üzrə ümumilikdə 180 dövlət sifarişli yer ayrılıb.

I ixtisas qrupunda kompüter elmləri üzrə 30 yer (keçid balı 652), kompüter mühəndisliyi üzrə 30 yer (keçid balı 618), riyaziyyat üzrə 30 yer (keçid balı 660), informasiya texnologiyaları üzrə 30 yer (keçid balı 626) ayrılıb.

II ixtisas qrupunda maliyyə üzrə 30 yer (keçid balı 579), iqtisadiyyat üzrə 30 yer (keçid balı 633) ayrılıb.