Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.
Bu barədə Adalet.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.
Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.
Digər Xəbərlər

Ən yüksək balı onlar topladı

II və III qrup üzrə qəbul imtahanının nəticələri açıqlandı

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlandı
