23 Iyun 2025 09:14
185
DÜNYA

ABŞ Ukraynaya pulsuz silah vermək istəmir

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Amerika silahlarını öz hesabına almasına müsbət baxa bilər.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker “Kiyev24” proqramında bildirib.

Onun sözlərinə görə, Tramp ABŞ vergi ödəyicilərinin Ukraynaya silah üçün pul xərcləməsini istəmir. Lakin əgər Kiyev bu silahları özü alarsa, Tramp buna qarşı çıxmayacaq:

“ABŞ Konqresi Ukraynaya icarə və lizinq əsasında silah və sursat almaq üçün borc vəsaiti ayrılması ilə bağlı qanun qəbul edə bilər. Ancaq hazırda bu istiqamətdə hüquqi mexanizm mövcud deyil”./axar.az