33,5 mindən çox şagirdə attestat veriləcək

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərinə attestatlar veriləcək.
Bu barədə Adalet.az-a BŞTİ-dən məlumat verilib.
Attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 33 517 şagird bitirib.
Qeyd edilib ki, IX sinfi bitirən şagirdlərə isə attestatlar 23-28 iyun 2025-ci il tarixlərində veriləcək.
Digər Xəbərlər

43 mindən çox şagirdin elektron yerdəyişməsi aparılıb

Azad olunmuş ərazilərdəki məktəblərdən 58 şagird məzun olub

MÜTDA "Son zəng"lə bağlı çağırış etdi

Azərbaycan Universitetində “Diplomatik Masa” simulyasiya çempionatı keçirilib

DİN “Son zəng”lə bağlı valideynlərə və məzunlara müraciət etdi

"Ölkə üzrə vahid plagiat sisteminin yaradılmasına ehtiyac var" - Ədalət Muradov

Xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb
