MÜTDA "Son zəng"lə bağlı çağırış etdi

“Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır",- deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər

Azad olunmuş ərazilərdəki məktəblərdən 58 şagird məzun olub

Azərbaycan Universitetində “Diplomatik Masa” simulyasiya çempionatı keçirilib

DİN “Son zəng”lə bağlı valideynlərə və məzunlara müraciət etdi
