Zeynəb Həsəni: “Talıbla kənarda dostluğumuz yoxdur”
Müğənni Zeynəb Həsəni həmkarı Talıb Tale ilə münasibətlərinə aydınlıq gətirib.
Adalet.az bildirir ki, onlar sosial şəbəkələrdə yazılan fikirlərə əhəmiyyət vermədiklərini qeyd ediblər:
“Mən Talıbla duet ortağıyam. Biz yalnız səhnədə bir yerdəyik. İfamız bitdisə hər kəs öz yoluna davam edir.
Səhnə adamıyıq pis yazanlar da olur, yaxşı yazanlar da. Mən subayam, bu yazılanlar demək olar ki, ailəmdə problem ola bilməz. Çünki ailəm məni tanıyır. Amma Talıb bəyin həyat yoldaşı üçün narahat oluram. Axı o da mənim həmcinsimdir, bir qadının üzülməyin əsla istəmərəm. Sadəcə əmin liklə deyə bilərəm ki, biz sənət dostuyuq, yəni kənarda heç dostluğumuz da yoxdur”.
Əntiqə


Bakı -°C

