Zelenski həbs oluna bilər
Ukrayna Prezidenti Volodimir Zelenski istefasından sonra cinayət korrupsiyası işi ilə bağlı məhkəməyə verilə bilər.
Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana.ua" nəşri yazıb.
Nəşrin yazdığına görə, Zelenskinin mümkün iştirakı dolayı yolla Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) yayımladığı səs yazılarında təsdiqlənir.
Jurnalistlərin məlumatına əsasən, Zelenski NABU sənədlərində R1 kod adı ilə qeyd oluna bilər. Bildirilir ki, R2 - Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andriy Yermak, R3 - iş adamı və Zelenskinin “pul kisəsi” adlandırılan Timur Mindiç, R4 isə keçmiş milli birlik naziri Oleksiy Chernyshov hesab olunur.
Nəşr qeyd edib ki, əgər R1 həqiqətən Zelenskidirsə, o da yaxın çevrəsi kimi cinayət işinin fiquruna çevrilə bilər. Lakin Zelenski hazırda Ukrayna prezidenti postunu tutduğu üçün toxunulmazlıq hüququna malikdir. Jurnalistlərin iddiasına görə, o səlahiyyətlərini itirdikdən dərhal sonra proses başlana bilər. Bu vəziyyətin Zelenskinin yenidən prezident seçilmək şanslarını da ciddi şəkildə azaltdığı vurğulanıb.
Mayın 11-də NABU və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları Andrey Yermakı Kiyev vilayətində elit kottec şəhərciyinin tikintisi zamanı 460 milyon qrivna (təxminən 10,5 milyon dollar) vəsaitin yuyulmasında ittiham ediblər. NABU sxemin müzakirə olunduğu səs yazılarını, eləcə də şübhəlinin dizaynerlə ev layihəsi barədə yazışmalarını yayımlayıb. Yermak isə ittihamları rədd edir.
Digər Xəbərlər
12 May 2026 20:42
Rutte NATO ölkələrinə çağırış etdi
12 May 2026 19:43
Paşinyan Rusiyanın daha bir tədbirinə qatılmayacaq
12 May 2026 19:20
Əfqanıstanda 13 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib - BMT
12 May 2026 17:51


Bakı -°C

