Zelenski Əliyevi təbrik etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir.
Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir.
Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata
keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu addımlar dövlətlərimiz arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin təzahürüdür.
Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləyir. Əminəm ki, bu prinsiplərə sadiqlik bundan sonra da Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin əsası olaraq qalacaq.
Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat əlaqələrinin, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur. Qlobal enerji və logistika marşrutlarının transformasiyası şəraitində dövlətlərimizin regional qarşılıqlı əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da artacaq. İnanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı dövlətlərimizin və xalqlarımızın maraqları naminə bundan sonra da möhkəmlənəcək.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”
Digər Xəbərlər
27 May 2026 23:50
Prezidentdən Müstəqillik Günü ilə bağlı PAYLAŞIM
27 May 2026 23:00
Əli Nağıyev Rusiyada iclasda
27 May 2026 18:06
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
27 May 2026 12:01
“ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”
27 May 2026 10:15
"Türkiyədə demokratik ənənələr zərbələr alsa da , geosiyasi gücünü artırır"
27 May 2026 09:55
"Vaşinqton Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir"
26 May 2026 22:22
Prezident azərbaycanlıların Qurban bayramını TƏBRİK ETDİ
26 May 2026 19:46


Bakı -°C

