Yeni Konstitusiyaya ehtiyac var - Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin ölkə üçün niyə mühüm əhəmiyyət kəsb etdiyini izah edib.
Adalet.az xəbər verir ki, hökumət başçısı bu məsələyə hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçki proqramının təqdimatı zamanı toxunub.
"Yeni Konstitusiyanın qəbulu bizim üçün niyə vacibdir? Çünki dövlətlə vətəndaş arasındakı münasibətlərdə müəyyən gərginlik var. Bunun səbəblərindən biri də Ermənistan vətəndaşlarında ölkədəki hüquq sisteminin məhz onlar tərəfindən yaradıldığına dair anlayışın olmamasıdır. Əslində, reallıqda da belədir, çünki Ermənistanda keçirilən bütün Konstitusiya referendumlarının nəticələri həmişə şübhə altına alınıb", - N. Paşinyan bildirib.
O qeyd edib ki, referendumların saxtalaşdırılması ilə bağlı formalaşmış təsəvvür vətəndaşla hüquq sistemi arasında qırılma yaradır:
"Vətəndaşla hüquq sistemi arasında üzvi bağın qurulması üçün Konstitusiyanın referendum yolu ilə qəbulu son dərəcə vacibdir".


Bakı -°C

