Pəncəli Teymurova Milli Qəhrəman adı veriləcək? – Qardaşı danışdı
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçi şəhid Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı veriləcəyi ilə bağlı xəbər yayılıb.
Adalet.az-ın əməkdaşı məsələylə bağlı Pəncəli Teymurovun qardaşı Famil Teymurovla əlaqə saxlayıb.
Şəhid qardaşı saytımıza açıqlamasında bildirib ki, bununla bağlı onlar da xəbəri sosial şəbəkədən öyrəniblər:
“Pəncəlinin iş yoldaşları “teleqram” kanalında xəbəri görüb bizə göndərmişdilər. Biz həmin xəbəri yayan adamın kim olduğunu bilmirik, amma mən də o xəbəri paylaşmışam. Bizə bildirilib ki, komandanlıq tərəfindən Pəncəliyə Milli Qəhrəman adı verilməsi ilə bağlı təqdimat verilib. Bunun nə vaxt olacağını isə bilmirik. Pəncəliyə Milli Qəhrəman adının verilməsi ilə bağlı bizə qonaq gələn general-polkovnik Hikmət Mirzəyevə və Xüsusi Təyinatlıların yeni təyin olunan komandiri, general-mayor Ələkbər Cahangirova da demişdik. O söz verdi ki, təqdimat verəcəm. Sonra öyrəndim ki, Ə.Cahangirov təqdimat verib. Düşünürəm ki, bu xəbər yalan olmaz”.
Qeyd edək ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Noyabr 2025 20:08
ETİHİ bölgələrdə görüşlərini davam etdirir - FOTOLAR
03 Noyabr 2025 17:47
Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edildi
03 Noyabr 2025 17:04
Azərbaycanda əsgərlərə maaşları kartla verilir
03 Noyabr 2025 15:18
Azad edilmiş ərazilərdə ötən ay 770 mina aşkarlanıb
03 Noyabr 2025 14:23
"Azərbaycanlıların indiki Ermənistana qayıtması ..." - Dövlət başçısı
03 Noyabr 2025 14:21
Ali Baş Komandan Bakıda keçiriləcək paraddan danışdı
03 Noyabr 2025 13:50
Prezident AMEA-da çıxış etdi - TAM MƏTN + YENİLƏNİB + FOTOLAR
03 Noyabr 2025 12:48


Bakı -°C

