Azad edilmiş ərazilərdə ötən ay 770 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə oktyabr ayı üzrə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Adalet.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Digər Xəbərlər
03 Noyabr 2025 20:08
ETİHİ bölgələrdə görüşlərini davam etdirir - FOTOLAR
03 Noyabr 2025 17:47
Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edildi
03 Noyabr 2025 17:04
Azərbaycanda əsgərlərə maaşları kartla verilir
03 Noyabr 2025 14:23


Bakı -°C

