Xırdalandakı insidentlə bağlı DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Adalet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun verdiyi məlumata görə, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar nümayiş etdirdiyindən ailə üzvləri binanın komendantını dəvət ediblər. Məqsəd baş verə biləcək mümkün insidentin qarşısını almaq olub.
Araşdırmalarla müəyyən olunub ki, görüntülərdə əks olunan şəxs hadisə zamanı hər hansı zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun sərxoş vəziyyətdə hüquqazidd davranışlarının qarşısı alınıb və həmin şəxs polis orqanına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Jurnalist Samir Əlinin anası vəfat etdi

Füzulidə qanunsuz tikililər sökülüb

"Koroğlu” körpüsündəki qəzaya görə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

Sürücülük vəsiqəsi olmayan şəxs piyadanı vurub öldürdü

Buzovnada batma təhlükəsi ilə üzləşən şəxsin xilas edilmə anı - VİDEO

Təmir-tikinti və təmizlik işləri ilə bağlı sürücülərə müraciət

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı
