Klaus Ştrunts: Hərbi eskalasiyalar zamanı feyk xəbərlərə uymamaq xüsusilə vacibdir

Hərbi eskalasiyalar zamanı yoxlanılmış məlumat mənbələrinə etibar etmək və süni intellekt vasitəsilə yaradılmış feyk xəbərlərə uymamaq xüsusilə vacibdir.
Adalet.az xəbər verir ki, bu barədə Report-a “Euronews“ telekanalının baş direktoru Klaus Ştrunts bildirib.
"Hərbi şəraitdə hər iki tərəfdən gələn məlumatlarla işləmək son dərəcə çətindir. Çünki belə vəziyyətdə kommunikasiya silaha çevrilir və bütün saytlar bundan istifadə edir. Jurnalistlər olaraq bizim vəzifəmiz təkcə həqiqəti çatdırmaq deyil, həm də reallığı göstərməkdir", - o qeyd edib.
K.Ştruntsun sözlərinə görə, belə dövrlərdə jurnalistlər üçün problemin, münaqişənin bütün tərəfləri ilə maraqlanmaq xüsusilə vacibdir.
"Bütün arqumentlər və mövqelər toplanıb sistemə yükləndikdə, süni intellekt onları emal edib nəticə verə bilər. Lakin biz bu yolun yalnız başlanğıcındayıq. Əminəm ki, insan resursu hələ də istənilən maşından daha vacibdir", - o əlavə edib.
Digər Xəbərlər

Yaqub Eyyubovun adından saxta açıqlama yayılıb

Prezidentdən Əhməd İsmayılov və İsmət Səttarovla bağlı SƏRƏNCAM

Hikmət Hacıyevin adından saxta açıqlama yayılıb

Prezident jurnalistləri təltif etdi - SİYAHI

III Şuşa Qlobal Media Forumunda media savadlılığı müzakirə edildi

Xankəndidə 3-cü Qlobal Media Forumu keçirilib - VİDEO + YENİLƏNİB

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb - VİDEO
