17 Iyul 2025 12:23
114
DÜNYA

Vladimir Barbin: "Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək"

Rusiya Federasiyasının Danimarkadakı səfiri Vladimir Barbin bəyan edib ki, əgər Qrelandiya ətrafında münaqişə təhlükəsi yaranarsa, Rusiya Federasiyası cavab tədbirləri görəcək.

 Səfirin sözlərinə görə, Arktikada yaranmış vəziyyət, Qrelandiyada münaqişəyə səbəb ola bilər. Belə bir təhlükə yaranarsa, Rusiya hərbi-texniki cəhətdən adekvat cavab verəcək.

 "Bu təhlükəyə qarşı, Rusiya hərbi-texniki xarakterli adekvat cavab verəcək"-deyə Barbin bəyan edib.

 Səfir qeyd edib ki, hazırda Kopenhagenlə siyasi təhlükəsizlik məsələlərinin müzakirəsi mümkün deyil.

 Rusiya hələ 3 il yarımdl düşdüyü Ukrayna bataqlığından çıxış yolu tapa bilmir, bir tərəfdən Azərbaycana, bir tərəfdən Ermənistana, bir tərəfdən Baltikyanı ölkələrə qarşı təhdid kompaniyası aparır. İndi də, 7-8 min km. aralıda, Qrelandiya məsələsinə başını soxmağa hazırlaşır...

 Rüstəm Hacıyev