Vətənpərvərliyi ilə qəlblərə əbədi köçən RAMİZ DUYĞUN

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş sabiq rəisi polkovnik, şair publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.
Adalet.az xəbər verir ki, məlumatı mərhumun yaxınları elə onun öz səhifəsində paylaşıb.
Məlumat üçün bildirək ki, "Hünər" televiziya verilişinin müəlliflərindən biri və aparıcısı olan, elə o vaxtdan xalqın hörmətini qazanan Ramiz müəllim uzun sürən xəstəlikdən sonra, bu gün 87 yaşında dünyasını dəyişib.
Xatırladırıq ki, şair, publisist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ramiz Məlikov 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühür kəndində anadan olub. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirib . Bir il kolxozda işlədikdən sonra Əli Bayramlı ( Şirvan) şəhərində orta təhsil alıb.
1956-1962 - ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitir və Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində, sonra - 1971 -ci ildə isə ,Zaqafqaziya hərbi dairəsində 1978-ci ilə qədər xidmət edib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olub.
Tibb xidməti polkovniki olan Ramiz müəllim bədii yaradıcılığa kiçik yaşlarından meyl göstərib, lakin ilk mətbu şeiri "Yaşa, Azərbaycanım" "Gəncliyin səsi" almanaxında dərc edilib. Bundan sonra dövri mətbuatda, radio və mavi ekranda müntəzəm çıxış edib. Televiziyada işləyərkən də ədəbiyyatla məşğul olarkən də gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal çalışıb. Azərbaycan Ensiklopediyasında "Xatirə" kitabı redaksiyası rəhbərinin müavini vəzifəsində işləyib.
P.S. Təxminən 10 il əvvəl onun evində olmuşuq, müsahibələr almışıq. Qayğıkeş ailə başçısı, mehriban ata, qonaqpərvər insan olduğunu bilirdik.
Allah rəhmət eləsin!
Əntiqə Rəşid
Digər Xəbərlər

Laçında yeni səhər, yeni həyat...

Su qıtlığı...

Qarabağda içməli su təchizatı ilə bağlı görülmüş işlər açıqlandı

Çimərliklərdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı

“Azərsun Holdinq” ətraf mühitin qorunması istiqamətində layihələr həyata keçirəcək - FOTOLAR

16 sürücü barəsində inzibati xəta protokolu tərtib edilib

Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırıldı - Xəttə su doldurulur
