19 Iyun 2025 16:27
78
MƏMLƏKƏT

Su qıtlığı...

Bir həftədən çoxdur ki, Bakıda bəzi yaşayış sahələrində su yoxdur, ya da  fasilələrlə  verilir.

Təbii ki, isti havalarda insanlar daha çox su işlədir. Onda görün belə olanda Bakıda insanlar hansı çətinliklərlə üzləşirlər. Deməli, yenə birmənalı olaraq hər şey su təchizatıçılarından  asılıdır. İndi heç kimə sirr deyil ki, paytaxtda bir kubmetr suyun qiyməti bir manatdır. Aydındır ki, suyun qiyməti qalxıb da, adiyyatı qurumlar zəhmət çəkib əhalini fasiləsiz su ilə təhciz  etməyə  borcludur.

Amma İri Şəhərlərin Su  Təchizi Xidməti bu vəzifənin öhdəsindən layiqincə gələ bilmir. Qurumun mətbuat xidmətinin rəhbəri televiziyadakı çıxışında bildirir  ki, su kəmərində qəza yaranıb, həmin qəza aradan qaldırılandan sonra  yaşayış yerlərinə fasiləsiz su veriləcək.

Təəssüf ki,onlar verdikləri vədə əməl etmir və nəticədə istehlakçılar susuz qalır. Hadisədən xeyli  vaxt keçməsinə baxmayaraq, əfsuslar olsun ki, yenə bir çox yaşayış sahələrinə su verilməyib. Hətta bizim yaşadığımız Yen Günəşlidə də bir neçə gün su olmayıb. Ona görə də, məlum qurum zəhmət çəkib bu isti günlərdə insanları içməli su ilə təchiz etməlidir!

Emil Faiqoğlu