Vəfat etmiş şəxslərin kredit borclarını kim ödəcəyək? - AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi məsələsi geniş müzakirə doğurub.
Adalet.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli bu prosesin hüquqi tərəflərinə aydınlıq gətirib.
Ekspert bildirir ki, qanunvericiliyə əsasən, miras və borc vahid kompleks kimi nəzərdə tutulur. Bu o deməkdir ki, vəfat edən şəxsin varisi mirası qəbul edərsə, avtomatik olaraq onun borc öhdəliklərini də öz üzərinə götürmüş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi də ona keçmir.
Miras qəbul edildikdən sonra kreditin ödənilməsi ilə bağlı bəzən qrafikin yenidən strukturlaşdırılmasına ehtiyac yaranır. X.Kərimli qeyd edir ki, bu zaman banklar artıq yeni borcalanın - yəni varisin gəlirlərini qiymətləndirərək müvafiq qərar verirlər.
Ekspert vətəndaşlara ailə üzvlərinə əlavə yük yaratmamaq üçün kredit götürərkən həyat sığortasından istifadə etməyi tövsiyə edir. Həyat sığortası mövcud olduqda, borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılanır.
Digər Xəbərlər
21 Aprel 2026 18:34
Kür və bəzi dağ çaylarında son vəziyyət
21 Aprel 2026 15:13
Qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydası təsdiqləndi
21 Aprel 2026 13:50
Qırmızı Bazar qəsəbəsinə daha 17 ailə KÖÇDÜ
21 Aprel 2026 12:16
Deyirlər ki...
21 Aprel 2026 11:58
Qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alınır - VİDEO
21 Aprel 2026 11:17
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
21 Aprel 2026 11:07
Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır
21 Aprel 2026 10:34


Bakı -°C

