ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
“Günlük şəkər qəbulu 12 çay qaşığından çox olmamalı, ideal halda isə bu miqdar yarıbayarı azaldılaraq 6 çay qaşığına endirilməlidir”.
Adalet.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Avropa Tibb Mərkəzinin (EMC) mütəxəssisi Kamilya Tabeyeva bildirib.
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sərbəst şəkər qəbulunu gündəlik kalori rasionunun 10 faizi, ideal halda isə 5 faizi ilə məhdudlaşdırmağı tövsiyə edir. 2000 kilokalorilik rasionda bu, maksimum 50 qram — təxminən 12 çay qaşığı deməkdir”, — deyə həkim qeyd edib.
Mütəxəssis vurğulayıb ki, bu limitə yalnız çay və qəhvəyə əlavə edilən şəkər deyil, hazır qidaların — un məmulatları və qazlı içkilərin tərkibindəki “gizli” şəkər də daxildir.
Digər Xəbərlər
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02


Bakı -°C

