UEFA-dan "Qarabağ"ın rəqibinə xəbərdarlıq

UEFA "Qarabağ" klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.
Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə "Şkendiya" cərimələnəcək.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.
Digər Xəbərlər

“Qarabağ” Çempionlar Liqasında ən çox qol vuran komandalardandır

“Qarabağ” ÇL-də Liqa mərhələsinə çıxsa, 23 milyon avro əldə edəcək

UEFA Superkuboku: PSJ "Tottenhem"ə qarşı

“Qarabağ” pley-offda bu klubla qarşılaşacaq

“Qarabağ” darmadağınla pley-offda! - YENİLƏNİB

“Qarabağ” “Şkendiya”ya qarşı - Start heyətlər

“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq
