“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ – Şkendiya” ( Şimali Makedoniya) matçı keçiriləcək. Qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.
Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.
Bundan əlavə, illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozonanın yaradılacaq və qonaqlara çay ikram ediləcək.
Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.
Digər Xəbərlər

“Qarabağ” Çempionlar Liqasında ən çox qol vuran komandalardandır

“Qarabağ” ÇL-də Liqa mərhələsinə çıxsa, 23 milyon avro əldə edəcək

UEFA Superkuboku: PSJ "Tottenhem"ə qarşı
