Bizdən deməkdi...

Bu gün insanlar öz hüquq və vəzifələrini bilməsinə, öyrənməsinə çox böyük ehtiyac var.
Ən azından ona görə kimi, çətin vəziyyətə düşəndə bilməlidir ki, hara və necə müraciət etsin?! Bəli, bu, bir həqiqətdir. Və o həqiqəti isə heç vaxt inkar etmək mümkün deyil. Buna görə də insanların hüquqi maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Məsələn , bir dələduz yaxın dostunun etibarından istifadə edərək pulunu,mənzilini ələ keçirir.
Hələ üstəlik zərərçəkmiş adama arsız- arsız deyir ki, get əlin hara qəlbidir ora qoy! Bax , bu cür hərəkət birmənalı olaraq qanun pozuntusudur. Zərərçəkmiş vaxt itirmədən hüquq-mühafizə orqanlarına ,konkret olaraq məhkəməyə üz tutmalıdır. Heç kimə sirr deyil ki, bu gün ölkəmizdə dələduzlar çoxdur və onların şirin dilinə aldanıb torlarına hər bir insan düşə bilər.
Xüsusilə də, kiber dələduzlar mobil telefonla ayrı-ayrı vətəndaşlara zəng edərək məlumatlar, bank kartlarının nömrələrini öyrənir və sonradan həmin vətəndaşların hesabından küllü miqdarda pul çıxarırlar. Belə anlarda onlar vaxt itirmədən polisə məlumat verməli və qabaqlayıcı tədbirlər görməlidir. Bütün hallarda insanlar ayıq - sayıq olmalı, öz hüquqlarını bilməli, çətin vəziyyətdən çıxış yolu tapmalıdır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

14 yaşlı qardaşının taleyindən hələ də xəbəri yoxdur - MƏHKƏMƏ

Düşmən atəşinin qurbanı olmuş uşaqların varisləri danışdı - MƏHKƏMƏ

Əsirlikdə avtomatın qundağı ilə, rezin dəyənəklə döyülüb, işgəncələrə məruz qalıb - MƏHKƏMƏ

Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Kamran Əliyev Hərbi Prokurorluğun bu idarəsinə rəis təyin etdi

Baş prokuror Qəbələdə vətəndaşları qəbul edəcək

Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır
