"Araz" böyük hesabla "Omoniya"ya uduzdu - YENİLƏNİB

“Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.
Bakıvaxtı.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.
Beləliklə, Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.
22:42
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında beşinci qol vurulub.
Adalet.az-ın məlumatına görə, meydan sahibləri fərqi daha da artırıblar.
Mateuş Musialovski 79-cu dəqiqədə hesabı 5:0 edib.
22:11
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında ikinci hissə oynanılır.
Adalet.az-ın məlumatına görə, meydan sahibləri dörd cavabsız qolla üstündür.
9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro fərqlənib.
21:50
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, meydan sahibləri fasiləyə üstünlüklə yollanıblar - 4:0.
9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro fərqlənib.
2132
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, meydan sahibləri növbəti dəfə fərqləniblər.
30-cu dəqiqədə Evandro hesabı 3:0 edib.
21:23
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Adalet.az-ın məlumatına görə, meydan sahibləri növbəti dəfə fərqləniblər.
23-cü dəqiqədə Stevan Yovetiç hesabı 2:0 edib.
20:09
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, matçda ilk qolu meydan sahibləri vurub.
9-cu dəqiqədə Villi Semedo fərqlənib.
20:00
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub.
Cütün qalibi Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.
Digər Xəbərlər

"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB

"Araz-Naxçıvan" "Omoniya" səfərində

PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub
