Türkiyənin Ermənistanla ticari-iqtisadi əlaqələri hansı halda bərpa edəcəyi açıqlanıb

Türkiyənin Ermənistanla ticari-iqtisadi əlaqələri hansı halda bərpa edəcəyi açıqlanıb.
Adalet.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ömer Bolat Apa-ya açıqlamasında deyib ki, 1992-ci ildə Qarabağ işğal edildikdən sonra Türkiyə Azərbaycanın yanında olub, bütün gücü ilə dəstək verib.
Nazir qeyd edib ki, Türkiyə bu günə qədər Azərbaycanı narahat edəcək heç bir qərar verməyib: “Azərbaycanın bu məsələdə mövqeyi çox önəmlidir”.
Ömer Bolat bildirib ki, normallaşma həyata keçdiyi, sülh sazişi imzalandığı zaman bu məsələlər müzakirə mövzusu olacaq: “İki ölkə liderləri, xarici işlər nazirləri bu məsələləri onsuz da müzakirə edirlər. Bunu zaman göstərəcək”.
Digər Xəbərlər

ABŞ Rusiyaya təyziqi gücləndirmək istəyir

“Köçəryan və Sərkisyan Paşinyanla üz-üzə gəlməyə qorxurlar...”

Tramp: "Ukrayna müharibəsinin həlli... çətindir"
