Günün qaranlıq saatlarında...

Biz tez-tez Bakı şəhərində günün qaranlıq saatlarında piyadaların avtomobillə vurulması xəbərlərini eşidirik və pis oluruq. Çünki günün qaranlıq vaxtalrında bəzən küçə işıqları hamısı yandırılmır və yol yaxşı görünmür.
Xüsusilə də, yağış yağanda vəziyyət daha çətin olur.Amma gecə saatlarında tək piyadarın vurulması hadisəsi deyil, həm də Mənzil Kommunal Təsərrüfatı Birliklərinem əməkdaşlarının vurulması faktlarından danışmaq istəyirik.İndi artıq payızdı.Axşam tez düşür, səhər də gec açılır. Yəni yolları süpürən qadınlar qaranlıq saatlarda daha böyük təhlükə ilə üzləşir.
Xüsusilə də, Heydər Əliyev, Hava limanı, Ziya Bünyadov, Qara Qarayev, Babək, Nefçilər və Zığ yolu prospektlərində yolları süpürərkən onlar qorxulu anlar yaşayırlar. Bəzi sürücülər yuxulu olur və avtomobili yüksək sürətlə idarə edirlər. Bu zamansa, bir çox hallarda təmizlik işçisi maşınla vurulur.Sürücü ona kömək etmək əvəzinə, qadını vurub qaçır. Bu isə birmənalı olaraq insanlığa ziddir və ağır cinayətdir
.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, sürücülər hər cür hava şəraitini nəzərə almalı yolda xidmət aparan təmizlik işcilərini fikirləşməlidir. Yorğun və yuxulu halda sükan arxasında əyləşməməlidir. Əgər o, təmizlik əməkdaşını avtomobillə vurubsa, ona kömək etməlidir. Vurulan piyadanı qoyub getmək ağır cinayətdir.
Ümumiyyətlə, hər bir sürücü günün qaranlıq saatlarında daha diqqətli olmalıdır ki, belə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verməsin!!!
Emil Faiqoğlu