Türkiyədən Qara dənizdəki hücumlara sərt reaksiya - “Ağıllı davranın”
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qara dənizdə ticarət gəmilərinə hücumların intensivləşməsindən Ankaranın ciddi narahatlığını ifadə edərək, Rusiya və Ukraynanı “ağıllı davranmağa” çağırıb.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Gülər qeyd edib ki, Türkiyə gəmilərə hücum olacağı təqdirdə cavab vermək hüququnu özündə saxlayır:
“Mülki gəmilərin münaqişə zonasına düşməməsi və mülki gəmilərə hücumların dərhal dayandırılması üçün hər iki tərəfə davamlı olaraq xəbərdarlıqlar edilir”.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da dünya dövlətlərini Qara dənizin Rusiya və Ukrayna arasında yeni münaqişə cəbhəsinə çevrilməsinə imkan verməməyə çağırmışdı. Diplomat Qara dənizdə hücumların artmasının regional təhlükəsizliyə ciddi təhdid olduğunu bildirərək, Türkiyənin artıq Rusiya və Ukraynaya həll yolu təklif etdiyini diqqətə çatdırmışdı.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

