Konstitusiya məhkəməsinin binası ələ keçirildi - Polşa Prezidentindən təcili açıqlama
Bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalı zorla ələ keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski bildirib.
"Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Mən Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir", - o, mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.
Polşanın Konstitusiya Tribunalı - qanunların və digər normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlayan ali konstitusiya nəzarəti orqanıdır. O, həmçinin mərkəzi dövlət orqanlarının səlahiyyətləri barədə mübahisələrə və vətəndaşların konstitusion hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Tribunalın qərarları hamı üçün məcburidir və qətidir. Buna görə də onun tərkibi və rəhbərliyi üzərindəki nəzarət mühüm siyasi əhəmiyyət kəsb edir: məhkəmə parlament və hökumət tərəfindən qəbul edilən qanunları qeyri-konstitusion hesab edə bilər.
Navrotski hüquq qaydasını bərpa etməyə, güc strukturları əməkdaşlarını isə Konstitusiya Tribunalının ərazisini tərk etməyə çağırıb.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25


Bakı -°C

