01 Iyul 2025 11:35
149
DÜNYA

Türkiyədə 4 jurnalist həbs edilib

Türkiyədə satirik jurnalın 4 əməkdaşı saxlanılıb. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, jurnalistlər Məhəmməd peyğəmbərin karikaturasına görə həbs edilib. Yerlikaya "LeMan"  jurnalının bu  addımını “həyasız” adlandırıb və onun baş redaktoru, qrafik dizayneri, qurumun direktoru və karikaturaçı rəssamın saxlanıldığını açıqlayıb.