Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb - YENİLƏNİB

Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.
Adalet.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
***
11:55
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri, Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
Adalet.az xəbər verir ki, B. Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsimə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
