14 Avqust 2025 09:22
109
DÜNYA

Qəzzada indiyədək 92 jurnalist HƏLAK OLUB

2023-cü il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsində təxminən 192 jurnalist həlak olub.

Adalet.az bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına istinadən xəbər verir.

Həlak jurnalistlərin əksəriyyəti fələstinlidir.

Qeyd edək ki, avqustun 10-da Əl-Cəzirə telekanalının 6 əməkdaşı İsrailin hücumu nəticəsində həyatını itirib.