Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.
Adalet.az-ın məlumatına görə, prezident "Truth Social" platformasında Maskın "Amerika" partiyasını yaratmaq planlarını şərh edib.
"İlon Maskın son beş həftə ərzində tamamilə ağlını itirərək gəzən fəlakətə çevrilməsini müşahidə etmək məni kədərləndirir", - o bildirib.
Tramp qeyd edib ki, ABŞ-da üçüncü siyasi partiya heç vaxt uğur qazanmayıb, lakin bu fakta baxmayaraq, Maskı bu addımı atmaq istəyir: "Sistem bunun üçün nəzərdə tutulmayıb. Belə siyasi qüvvələr nifaq və xaos yaradır".
Digər Xəbərlər

Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir

"2 il ərzində hər gün raket atsaq belə, sursatlarımız tükənməz” - Cabbari

Türkiyənin 12 hərbçisi şəhid oldu - YENİLƏNİB
