"Sumqayıt"ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.
Adalet.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, yeni baş məşqçi Saşa İliç təyin edilib.
Qeyd edək ki, 47 yaşlı məşqçi son olaraq Rusiyada "Pari NN" komandasında işləyib.