Tramp Hörmüz boğazına öz adını vermək istəyir
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək “Tramp boğazı” adlandırmaq niyyətində olduğunu bir daha bəyan edib.
Adalet.azxəbər verir ki, o, ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bu barədə danışıb.
“Düşünürəm ki, biz onun adını “Tramp boğazı” qoyacağıq”, – deyə ABŞ Prezidenti bildirib. O, Meksika körfəzinin adının “Amerika körfəzi”, Ontario gölünün adının isə “Amerika gölü” olaraq dəyişdirilməsini xatırladaraq, bu dəfə zarafat etmədiyini vurğulayıb.
Tramp, həmçinin hazırda Hörmüz boğazından yeddi ay əvvələ nisbətən daha çox neft daşındığını deyib. O, İranla münaqişə başa çatdıqdan sonra neftin və benzinin qiymətlərinin azalacağını vəd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin “Amerika körfəzi”, Ontario gölünün isə “Amerika gölü” adlandırılması ilə bağlı sərəncamlar imzalayıb.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

