"Ticarət sahəsinə baxsaq, bir neçə ölkədən asılılığımız var" - Fərid Şəfiyev
“Ticarət sahəsinə baxsaq, bizim bir neçə ölkədən asılılığımız var. Əlaqələrimiz Avropa ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarımız adətən Rusiyaya gedir. Çinlə bağlı perspektivlər açılıb. Hesab edirəm ki, burada da, Afrikada da, digər Asiya ölkələrində də biz bu və digər formada əməkdaşlığı inkişaf etdirməliyik. Düzdür, indi bizim ticarətdə əsas ixracımız neftlə, enerji mənbələri ilə bağlıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
"Bundan başqa, Qlobal Cənubda müəyyən oyunçular var ki, onların bəziləri ilə əlaqəmiz yaxşıdır. Məsələn, Çin, Cənubi Afrika, Braziliya. Lakin bəziləri ilə problemlərimiz var. Məsələn, Hindistan. Hindistan Qlobal Cənub platformasında çox fəaldır, müəyyən nüfuza malikdir. Qlobal Cənub Azərbaycan üçün önəmli platformadır”, - deyə F.Şəfiyev bildirib.
Digər Xəbərlər
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28


Bakı -°C

