Tətil olacaq - BU QƏDƏR MÜDDƏT EVDƏYİK
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib.
Adalet.az xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, mayın 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən mayın 29-u da qeyri-iş günü elan olunub.
Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.
Onu da qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Bu səbəbdən mayın 11-i də qeyri-iş günü kimi müəyyənləşdirilib.
Həmçinin Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərində iş saatı bir saat azaldılır.
Beləliklə, həftəsonları ilə birlikdə may ayında ümumilikdə 14 gün iş olmayacaq. /oxu.az
Digər Xəbərlər
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58
Azad edilmiş ərazilərdə daha 503 mina aşkarlandı
01 Aprel 2026 12:44
Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
01 Aprel 2026 12:35
Dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb
01 Aprel 2026 12:25
Azərbaycanda yağışların yaratdığı ziyan 10 milyona çata bilər
01 Aprel 2026 12:04
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı yola düşüb – YENİLƏNİB
01 Aprel 2026 11:36


Bakı -°C

