"Telegram" hücumları Xidmət tərəfindən araşdırılır

“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılmışdır.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.
Məlumata görə, hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir.
İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola bilərsiniz.
Digər Xəbərlər

Rusiya “Apple”ı cərimələdi

172 radiotezlik resursu dövlət resursu kimi geri alınıb

"Telegram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlandı

XRİTDX: Azərbaycana qarşı dayanmadan kiberhücumlar olur

ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur

"iPhone 17" SIM kartlardan imtina edə bilər

DİQQƏT! Azərbaycanda bu mobil operator ləğv edilir- BALANS SİLİNƏCƏK
