adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 14:07
107
GÜNDƏM
A- A+

Bu hadisə artıq iki uşağın davası deyil – Psixoloq 

Xəbər verdiyimiz kimi, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Hadisəylə bağlı Adalet.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, ümumiyyətlə, məsələyə geniş aspektən baxanda bu üçbucaqda bir tərəfini valideyn, övlad və məktəb desək, biz tək tərəfi günahlandıra bilmərik. 

Onun sözlərinə görə, valideynlər də gərək susmasın və məktəblərə də susmamaq siqnalı vermək lazımdır:

“Biri digərini əzəndə, incidəndə, bullinq edəndə hər kəs öz övladına desin ki, susma. Valideynləri qınamaq lazımdır. Onlar evlərində uşaqda problem olduğunu görəndə hərəkətə keçməlidir. Deyəndə ki, sənin övladın məktəbdə birini vurur, onlar cavablarında mənim övladım bunu etməz deyirlər. Bu qədər kitablar oxuyurlar, kinolara baxırlar, həyat dərsi keçirlər və buna rəğmən mənim uşağım etməz deyən valideynləri qınamalıyıq. Bu üçbucaq dayanmadan işlər görməlidir, zaman çətinləşir. Yayımlanan serialların verdiyi mesajlar, insanların yaşadığı həyatlar, “Tiktok”da uşaqların gördükləri və sair. Bütün bunların hamısı gətirib ona çıxarır ki, bu gün bullinqə məruz qalmış bir uşaq evdə planlayıb gəlib başqa uşaqları belə problemə salır”. 

Z.Əyyubova bu hadisənin artıq iki uşağın davası olmadığını bildirib:

“Bu bütöv bir sinifin qorxusudur, ədalətsizliklə qarşlaşmasıdır. İki gəncin savaşının sonunun olmamasını bütün sinif canlı yaşadı. Ordakı qız və oğlanların qorxusu, müəllimlərin həyəcanı, hər biri gələcəkdə uşaqların travması üçün bir detaldır. Ona görə də uşaqları vicdana, mərhəmətə yönəltmək lazımdır. Hətta mümkün olsa, məktəblərdə bu cür dərslər keçirilsin”. 

Vasif ƏLİHÜSEYN