“Bu hadisədə Rusiyanın özünü azğın aparması insanlarda qıcıq doğurdu”
“Rusiyanın hərbi strukturlarının AZAL təyyarəsini vurması əlbəttə ki, bu bütün dünyada ciddi rezonans vermiş hadisə idi. Burda əsas məqam ondan ibarət idi ki, həm dinc sərnişin təyyarəsi vurulub, həm də o təyyarənin eniş edilməsinə icazə verilmir. Radarlar bağlanır və ona görə pilotlar təyyarəni Qazaxıstan istiqamətinə sürür və orda da ağır qəza baş verir, insanlar həlak olur”.
Bunu Adalet.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, bu hadisədə Rusiyanın riyakarlığı ondan ibarətdir ki, əvvəlcə bu hadisəni danmağa çalışdılar:
“Cürbəcür versiyalar irəli sürdülər, amma nəhayətdə belə yüngülvari etiraf etməyə məcbur oldular ki, bəli, bu təsadüfən vurulub. Təyyarə təsadüfən vurulanda açıq şəkildə üzr istənilir, ölkəyə dəymiş maddi ziyan, həlak olmuş insanların ailələrinə təzminat ödənilir. Yəni bunlar hamısı dünya təcrübəsində olmuş məsələlərdir. Amma bu hadisədə Rusiya özünü o qədər azğın və həyasız apardı ki, bu da insanları çox qıcıqlandırır. Dünən “Eurows” kanalı bununla bağlı süjet verdi və orda Qazaxıstan mütəxəsissləri açıq şəkildə söylədilər ki, təyyarə vurulub. Çünki onun gövdəsində mərmi yerləri var və təyyarənin qəzasına da səbəb ona atəş açılması olub. Yəni bu bir daha Rusiyanın sifətini, necə riyakar siyasət aparmağını göstərir”.
Q.Məhərrəmli deyib ki, Rusiya bir tərəfdən müttəfiqlik müqaviləsi imzalayır, o biri tərəfdən sərnişin təyyarəsinə hücum edir, günahını boynuna almır, təzminat ödəmir:
“Yəni bütün bunlar hamısı onu deməyə əsas verir ki, Rusiya nə qədər qorxulu, nə qədər etibarsız, nə qədər güvənsiz bir ölkədir. Onunla nə bir ittifaq müqaviləsi, nə də bir mehriban dostluq, qonşuluq siyasəti yetərli deyil. Rusiya həmişə güc mövqeyindən danışmağa çalışır. Bu Ukraynada da, Moldovada da, Baltikyanı ölkələrdə də elədir. Ona görə də Rusiya neçə əsrdi ki, bütün Avropa, dünya üçün təhlükə mənbəyidir və bunun zərərsizləşdirilməsi üçün Avropa və Qərb müvafiq addımlar atmalıdır”.
Vasif
Digər Xəbərlər
25 Dekabr 2025 14:30
"Ermənistandan mallar tezliklə Azərbaycana ixrac olunacaq" - Paşinyan
25 Dekabr 2025 14:20
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət etdi
25 Dekabr 2025 14:10
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşuldu
25 Dekabr 2025 13:01
Elektron siqaretlərlə bağlı qadağaların tətbiqi müddəti dəyişir
25 Dekabr 2025 12:39
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
25 Dekabr 2025 12:21
“Öhdəsinə düşənləri icra etməməklə Moskva durumu daha da gərginləşdirir...”
25 Dekabr 2025 12:07
Təyyarə qəzasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub
25 Dekabr 2025 11:56


Bakı -°C

