Dəhşətli istilərdə nə yemək olar?

Heç kimi sirr deyil ki, bu yay ötən yayla müqayisədə dəhşətli dərəcədə isti keçir.
Aydındır ki, belə istilərdə düzgün qidalanma da önəmli əhəmiyyət kəsb edir. Bizim millətin bəzi nümayəndələri isə isti günlərdə heç nə diqqət yetirməyərək nə gəldi yeyrlərlər. Bu da bir çox halda bağırsaq pozulmalarına, hətta zəhərlənməyə belə gətirib çıxarır.
Dietoloq - həkim Cəmilə Əhmədova isti günlərdə necə qidalanmaqla bağlı ictimaiyyətə öz məsləhətin verir. O, deyir ki, dəhşətli istilərdə düzgün qidalanma çox vacibdir. Belə günlərdə yağlı, qızardılmış və duzlu qidalardan uzaq durmaq lazımdır. Bizim millət kababı çox sevir, amma bu cür istilərdə kabab yemək məsləhət deyil.
Eyni zamanda yağlı plov, yağlı dolma və yağlı digər yeməkərlər də insan səhhəti üçün çox təhlükəlidir. Hətta bəzi insanlar istilərə əhəmiyyət verməyərək müxtəlif spirtli içkilər də içir. Bax bu, lap təhlükəlidir. Yaxşı olar ki, əhali belə dəhşətli istilərdə kalorisi az olan qidalar qəbul etsinlər. Xüsusilə də süd və süd məhsullarından, o cümlədən qatıqdan bol- bol qidalanmalıdır. Müxtəlif salatlar və soyuducuda bir güdən artıq qalan kəsilmiş qarpız və yemişdən uzaq durmaq lazımdır. Bir sözlə, elə qidalar qəbul edilməlidir ki, isti havalarda insan səhhəti üçün problemlər yaratmasın!
Emil Faiqoğlu
Digər Xəbərlər

Azyaşlının mədəsindən saç kütləsi çıxarıldı

Çində yeni virus yayıldı - COVİD məhdudiyyətləri qoyuldu

Nazirlik: Çimərliklərdə yoluxucu xəstəliklər qeydə alınmayıb

Həddindən artıq istilər beynə necə təsir edir? – Həkimlərdən xəbərdarlıq

Çində yeni virus yayılır - Artıq 7 min insan yoluxub

Qida obyektləri gigiyena tələblərinə riayət etməlidi

Flora Hüseynova: Doğuşdan sonrakı dövr çox həssas və incə bir mərhələdir
