Nazirlik: Çimərliklərdə yoluxucu xəstəliklər qeydə alınmayıb

Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Mərkəz tərəfindən monitorinqlər davam etdirilir.
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirak ilə həyata keçirilir.
Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.
Xatırladaq ki, son günlər uşaqlar arasında bağırsaq infenksiyasına yoluxma hallarının qeydə alındığına dair məlumatlar yayılıb.
Digər Xəbərlər

Azyaşlının mədəsindən saç kütləsi çıxarıldı

Çində yeni virus yayıldı - COVİD məhdudiyyətləri qoyuldu

Dəhşətli istilərdə nə yemək olar?

Həddindən artıq istilər beynə necə təsir edir? – Həkimlərdən xəbərdarlıq

Çində yeni virus yayılır - Artıq 7 min insan yoluxub

Qida obyektləri gigiyena tələblərinə riayət etməlidi

Flora Hüseynova: Doğuşdan sonrakı dövr çox həssas və incə bir mərhələdir
