17 Iyul 2025 11:27
111
GÜNDƏM

36 nömrəli marşrutda nə baş verir?

Bakıda bərbad gündə olan marşrutlardan biri də, 36 nömrəli marşrutlarda hərəkət edən avtobuslardı.

Bu avtobuslara bir dəfə əyləşən şərnişin ikinci dəfə minmək istəmir. Amma o avtobuslardan  naəlac qalıb , hər gün istifadə edən sərnişinlər çoxdur.Birincisi bu avtobusların hamısı fiziki və mənəvi cəhətdən köhnəlib.Ona görə də, tez- tez texniki cəhətdən nasaz olduğu üçün sıradan çıxıb yarıyolda qalır. Salona girəndə oturacaqlar gigyenik və sanitar baxımından çox çirklidir.

Adam istəmir ki, orada əyləşsin. Sanki uzun müddətdir ki, oturacaqlar təmizlənmir. Ən böyük çatışmazlıq odur ki, avtobuslar arasındakı interval 15-20 dəqiqədən çox çəkir. Soyuq və isti havalarda sərnişinlər ona gözləməkdən lap beziblər! Qışda istilik sistemi, yayda isə kondisioner işləmir. Üstəlik də sürücülər bir çox halda sürət həddinə asırlar. Onlar Köhnə Günəşliyə kimi normal sürətdə avtobusu idarə edirlər.

Elə ki, Yeni Günəşli istiqamətinə keçdilər sürücülər sürət həddini artırırlar. Avtobusun yüksək sürətlə idarə olunması sərnişinləri həyəcanlandırır və qəza vəziyyəti yaradır. Ümid var ki, adiyyatı qurumlar 36 nömrəli marşrutlarda baş verən göstərdiyimiz  nöqsanların qarşısını alacaq və səhlənkarlığa yol verən əməkdaşlar məsuliyyətə cəlb olunacaqlar!

Emil Faiqoğlu