15 May 2025 09:10
116
MARAQLI

İt olanda nolar?!

Bəzi insanlardan itlər daha çox sədaqətlidir, çünki it balasını zibil qutusuna atmaz, amma insan atar! " Luka" adlı küçə iti öz balasına elə sevgi göstərir ki, heç bəzi adamlar o sevgini övladına vermir, ancaq " Lüks" verir.

Və balası üçün hər cür əziyyətə qatlaşır, onu yaşatmaq və qorumaq üçün  mücadilə edir. Yeni Günəşlidə bu iti çox adam tanıyır, ona "kulok" da kolbasa, sosiska verirlər." Luka" isə  yeməyi yemir, " kulok" u ağzına götürüb, düz balasının yanına qaçır.

Adam bu itin bala sevgisinə və zəhmətkeşliyinə məəttəl qalır! Bəzi insanlar bala sevgisini bu itdən öyrənsələr daha yaxşı olar! İt olanda nolar?! Axı onu da Allah yaradıb!!!

Emil Faiqoğlu