Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib.
Adalet.az xəbər verir ki, Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.
Təqsirləndirlilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 1-də davam etdiriləcək.
Digər Xəbərlər

DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirildi - VİDEO

"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

Polisdən əməliyyat - Narkotik satışına görə 3 nəfər tutuldu

Vətəndaşların bank kartlarından 27 min manat oğurlandı

"Allahverdi Bağırovun vasitəçiliyi ilə Azərbaycan tərəfinə verildik" - Zərərçəkmiş

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

“20 Yanvar”da özünü qəsdən maşınların altına atan şəxs saxlanıldı - FOTO
